BCC Group MMC yeni istehsalat zavodunu açdı
Bazar təlabatından irəli gələrək, eləcə də polad kontrusiyalarına olan tələbatı ödəmək üçün BCC Group, istehsal gücünü nəzərəçarpacaq dərəcədə artırır. Yeni zavod Bakı şəhəri Dərnəgül rayonunda artıq fəaliyətdə olan zavodun yanında inşa olunmuşdur.
Yeni zavod ümumi qapalı istehsalat sahəsini 5000 м² -ə qədər genişləndirir. Ümumi ərazi özündə aşağıdakıları birləşdirir:
– anoloji ölçüdə fəaliyyətdə olan zavodu,
– qumlama sexi,
– rəngləmə sexi /örtük rəngləmə.
İstismara yeni zavod təhvil verməsi ilə əlaqədar, BCC Group istehsal həcmini iki dəfə artırıb və beləliklə, müəsisənin ayda 600-800 ton polad konstruksiya istehsal etmək imkanı yaranıb.
“Bu yeni zavod müştərilərimizə müxtəlif növ metaldan hazırlanan məhsulların istehsalını təklif etmək imkanı verir. Biz mühəndis həllərini, geniş diapazonlu metal emal və müasir qaynaq texnologiyaları əsəsında təklif edirik. Bizim mühəndislərdən ibarət komandamız, qabaqcıl proqram təminatından və ən müasir emal avadanlığından istifadə edirlər. Bu da öz növbəsində müştərilərə fərdi həllərin təklif olunmasına, ən çətin sənaye tətbiqetmələrində bəzilərində uzunmüddətli məhsul performansını yaxşılaşdıracaq özəlləştirilmiş həllər təklif etməyimizə imkan verir. ”
Yeni zavodun özünə aid yükqaldırması 40 ton ( 4 körpü kranı) və böyük zavod qapıları vardırki, bu da müəsisəyə böyük metalik komponentlər istehsal və göndərmək imkanını verir.
Məkan şəhərin sənaye bölgəsində yerləşmişdir, əsas yollara əlverişli əlaqəsi var ki, bu da ölkədaxilinə və xaricinə yükdaşımalarının hərəkətini asanlaşdırır.
BCC Group müxtəlif tipli metalik kompanentlərin istehsalı ilə məşğul olur: bu əsəsən neft qaz aviasiya, hidrotexnika və digər nadir körpü tikintisi, kimyəvi emal müəsisələri, metal müəsisələri və s
Zavod istismara 2020 –ci ilin yay ayında təhvil verilmişdir.