29 may tarixində Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində öz işinə başladı. Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.
Stendimizin qonaqları əmin oldular ki,BCC Group neft, qaz və digər sənaye sahələri üzrə müxtəlif növ bina və konstruksiyaların layihələndirilməsi, inşası, quraşdırılması və istismara verilməsi işlərində geniş təcrübəyə malikdir. Biz ağır təməllərin qoyulması, aparatura bazaları, boruşəkilli və lövhəşəkilli təbəqəli poladlar, dalğaqıranlar və körpü divarları və s. inşası üzrə xüsusi səriştəyə yiyələnmişik.
BCC Group MMC –nin istehsal imkanlarına evlər, ofislər, anbarlar, ziyafət zalları, mehmanxanalar, klinikalar, hamam otaqları və müxtəlif ictimai və cəmiyyət obyektlərini əhatə edən modul tipli binaların ilkin emalı, quraşdırılması və texniki baxışdan keçirilməsi aiddir. Bizim istehsalat imkanlarımız ay ərzində 3000 tondan çox metal konstruksiya emalını təşkil edir.